Ramzan Kadırov: `Doku Umarov` ölüb

Ramzan Kadırov: `Doku Umarov` ölüb
  17 Yanvar 2014    Oxunub:1487
“Umarov ölüb, yeni əmiri, "Qafqaz əmirini" seçmək lazımdır"
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov məşhur çeçen terrorçu Doku Umarovun öldürülməsi ilə bağlı mediaya açıqlama verib.

"Biz çoxdan 99% əmin idik ki, Umarov keçirilən əməliyyatlar zamanı məhv edilib. İndi bunu sübut edən dəlillərimiz var" — deyə Kadırov jurnalistlərə açıqlamasında bildirib.

Ramzan Kadırovun sözlərinə görə, əlində Kabardin və Dağıstan əmirlərinin "Umarov ölüdür, yeni əmiri, "Qafqaz əmirini" seçmək lazımdır" - sözləri işlənilən səs yazıları var. Kabardin əmiri Umarovun yerinə Dağıstan başçısını təklif edir, Dağıstan terrorçuları isə Çeçenistan sakini olduğu bildirilən Vadalov adlı şəxsin "əmir" olmasını tələb edirlər.

Səbinə


Teqlər:





Xəbər lenti