Almaniyada hərbi təyyarə qəzaya uğradı

Almaniyada hərbi təyyarə qəzaya uğradı
  17 Yanvar 2014    Oxunub:1294
Hadisə Almaniyanın Kobelents şəhəri yaxınlığında baş verib.
AzVision.az alman mətbuatına istinadən xəbər verir ki, xoşbəxtlikdən təyyarənin hər iki pilotu sağ qalıb. Onlar yüngül yaralanıblar.

Tornad təyyarəsi yerli vaxtla saat 21.30 da, avtomobil magistralından bir qədər aralıda yerə çırpılıb. Polisin məlumatına görə, təyyarənin parçalanmış hissələri maşın yoluna düşüb. Lakin yoldan keçənlər arasında xəsarət alan olmadığı bildirilir.

Qəzaya uğrayan təyyarənin Byüxel hərbi aerodromundan havaya qalxdığı deyilir. Hazırda qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, Tornado reaktiv döyüş təyyarələri istifadəyə 1980-ci ildə verilib.

Səbinə


Teqlər:





Xəbər lenti