Facebook yeni layihəyə başlayır

Facebook yeni layihəyə başlayır
  16 Yanvar 2014    Oxunub:1148
Facebook sosial şəbəkəsi mobil qurğular üçün yeni xəbər əlavəsi hazırlayır.
Təsdiq olunmamış məlumatlara görə, xəbər əlavəsinin kod adı Paper (Qəzet) adlanır və yanvarın sonlarından istifadəçilərin xidmətinə veriləcək.

Pape-in funksiyaları populyar Flipboard ilə oxşar olacaq. Yeni xəbər əlavəsi “jurnal” formatında olacaq. Facebook-un öz məhsulu olan Paper xəbərlərin aqreqatoru rolunda çıxış edəcək. Yəni burada iri nəşrlərin xəbərləri sosial şəbəkədəki dostların qeydləri ilə növbəli yerləşdiriləcək.
Paper proqram əlavəsi artıq bir neçə ildir ki, Facebook mühəndislərinin üzərində çalışdıqları Project Reader adlı qlobal layihənin tərkib hissəsidir. Layihəyə Facebook-un məhsullar bölməsi üzrə vitse-prezidenti Kris Koks başçılıq edir.

Mətbuatın məlumatına görə, proqram əlavəsi (yaxud mobil versiya) təxirə salınma ehtimalı istisna olmamaqla bu ay istifadəyə veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti