İstanbulda 3 mərtəbəli bina çökdü - VİDEO

İstanbulda 3 mərtəbəli bina çökdü - VİDEO
  16 Yanvar 2014    Oxunub:1059
İstanbulda Suriyalı qaçqınların məskunlaşdığı 3 mərtəbəli bina çökdü, yaralılar var.
İstanbulun Fateh rayonunda 3 mərtəbəli köhnə binanın bir hissəsi dağılıb.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər, tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.

İlkin məlumata görə, binanın çökməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Dağıntılar altında qalanların olduğu iddia edilir.

Köhnə binada suriyalı qaçqınların məskunlaşdığı bildirilir.




Teqlər:





Xəbər lenti