Aİ Azərbaycanla viza məsələsini müzakirə etmək istəyir

Aİ Azərbaycanla viza məsələsini müzakirə etmək istəyir
  24 İyun 2020    Oxunub:2715
Avropa İttifaqı (Aİ) Azərbaycanla vizaların liberallaşdırılması məsələsinə baxmağa hazırdır.

Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin Avropa Qonşuluq siyasəti və genişləndirmə danışıqları üzrə komissarı Oliver Varheyli bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycan daxil olmaqla, daha çox Şərq Tərəfdaşlarının Aİ-yə vizasız gediş-gəlişi ilə bağlı məsələ nəzərdən keçirilə bilər.

“Düşünürəm ki, meyarlarımız və şərtlərimiz məlumdur. Əlbəttə, belə bir istəklə bizə müraciət olunarsa, mövzunu nəzərdən keçirə bilərik".

Komissar əlavə edib ki, Avropa üçün Şərq Tərəfdaşlığı əsas prioritetlərdən biridir və bu, Aİ-nin əsas prioriteti olaraq qalacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OliverVarheyl  





Xəbər lenti