Tikinti ilə bağlı tələblərdə dəyişikliklər edildi
Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısı artırılıb. Belə ki, bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Eyni zamanda, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1 400 kvadratmetrdən, tikinti sahəsi 1 000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.
Qeyd edək ki, aşırım yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.
Azvision.az
Teqlər: İlham-Əliyev