Əhalinin banklardakı əmanətləri azalıb

Əhalinin banklardakı əmanətləri azalıb
  01 İyun 2020    Oxunub:2875
"2020-ci ilin əvvəlindən əhalinin banklara qoyulan əmanətləri 3,7 faiz, yəni 300 milyon manat azalıb. Bu da gözlənilən idi. Pandemiya şəraitində əhali öz yığımlardan istifadə edir".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, may ayında banklara əmanətlərin qoyulmasında 0,3 faiz - 51 milyon artım müşahidə edilib.

“Bank sektorunda 9,7 milyard manatdan çox likvidlilik var. Bank bu aktivlərin 29 faizini təşkil edir və bankların öz öhədiliklərini yerinə yetirməyə imkan verir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: bank   əmanət  





Xəbər lenti