Yaşayış binasında təhlükənin qarşısı alındı

Yaşayış binasında təhlükənin qarşısı alındı
  30 May 2020    Oxunub:2732
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli binanın 7-ci mərtəbəsində, pəncərə çərçivəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirərək pəncərəni yerinə bərkidiblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti