Ata qəzada öldü, oğlu xəsarət aldı

  29 May 2020    Oxunub : 3285
Ata qəzada öldü, oğlu xəsarət aldı
Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Beyləqan   Qəza