“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb
  21 Aprel 2020    Oxunub:2922
Mart ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5135 yeni abonent qeydiyyata alınıb. Bu statistik göstəriciyə Bakı, Abşeron və Sumqayıt üzrə 3486, regionlar üzrə isə 1649 abonent daxildir.
Azvision.az quruma istinadən xəbər verir ki, ilin ilk 3 ayı ərzində isə (yanvar, fevral və mart) əhali sektoru üzrə 23 min 581 yeni abonent qeydiyyata alınıb. Beləliklə, hazırda Azərbaycanda qazla təmin edilən əhali qrupu abonentlərinin ümumi sayı 2 milyon 271 min 431-ə bərabərdir. Bundan 1 milyon 396 min 145 abonent regionların, 875 min 286 abonent Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti