Komitəyə 311 mindən çox elektron müraciət daxil olub

Komitəyə 311 mindən çox elektron müraciət daxil olub
  20 Aprel 2020    Oxunub:1897
Martda vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 311 min 371 elektron müraciət daxil olub.
Komitədən Azvision.az -a verilən məlumata görə, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti