“Antiböhran proqramı müsbət nəticə verir” - Ekspert şərhi
“Eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Əksər ölkələr virusun yoluxma əhatəsini azaltmaq üçün vətəndaşların sağlamlığı naminə məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər. Hətta gördüyümüz kimi bir çox ölkələr virus qarşısında aciz qalmaqdadır”.
A.İbrahimovun sözlərinə görə, Azərbaycanda aparılan iqtisadi və sosial islahatlar xalqımızın çətin vəziyyətə tab gətirməyinə və böhrana qalib gələcəyinə imkan yaradıb.
O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin son göstərişləri əsasında pandemiyanın vurduğu zərərin təsirlərinin azaldılması üçün görülən tədbirlər çox genişdir:
“Bizim ölkə olaraq ehtiyatlarımız kifayət qədərdir. Xüsusi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən qəbul edilən antiböhran proqramının icrası heç kimdən dəstək almadan uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır”.
Bundan başqa, ekspert vurğulayıb ki, 2020-ci ildə Azərbaycanda 12 mindən çox ailənin özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində işlər aparılır:
“Proqramın həcminin genişləndirilməsi atılmış ən doğru və gələcək üçün ən məhsuldar addımlardan biridir. Proqamın icrası ölkədə ailə biznesi ilə məşğul olan bir çox kənd təsərrüfatı, sənaye subyektlərinin ciddi inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, bu proqramın icrası genişmiqyaslı və davamlı inkişafa hesablanmış olmalıdır.
Məsələn, iki hektar torpaq sahəsi olan, öz həyətində fındıq istehsal edən istahsalçı orqanik fındıq istehsalını həyata keçirmək üçün dövlət tərəfindən maddi və texniki dəstək alarsa, öz məhsulunu sataraq ölkə iqtisadiyyatına daha çox qatqı təmin edəcək. Özünüməşğulluq proqramının icrasına başlanılarkən yerli və qlobal təlabat təhlil edilməli, bu sahədə tətbiq edilən müsbət təcrübələr, beynəlxalq standartların tələbləri indidən tətbiq edilməlidir. Azərbaycan istehsalçısı istehsal etdiyi hər məhsulu istər yerli, istərsə də xarici bazarlarda asanlıqla sata bilməlidir”, -deyə ekspert əlavə edib.
Azvision.az
Teqlər: İlham-Əliyev Ekspert Sosial