Poçt şöbələri bazar günü də işləyəcək

Poçt şöbələri bazar günü də işləyəcək
  18 Aprel 2020    Oxunub:2747
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) həftənin bazar günü də fəaliyyət göstərəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günü 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də bazar günü həmin saatlarda vətəndaşların xidmətindədir.

Azvision.az



Teqlər: Azərpoçt  





Xəbər lenti