İndiyədək 22,9 min fərdi sahibkara maliyyə dəstəyi göstərilib
Pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesinin uğurla getdiyini, prosesin onlayn keçirildiyini bildirən nazir qeyd edib: “İzahedici videoçarxlar, “Qaynar xətt” fəaliyyət göstərir. Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib".
Azvision.az