Bu il Azərbaycana 15 492 maşın gətirilib

Bu il Azərbaycana 15 492 maşın gətirilib
  16 Aprel 2020    Oxunub:2017
Cari ilin yanvar-mart aylarında Azərbaycana 169 milyon 634 min ABŞ dolları dəyərində 15 min 492 avtomobil idxal edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 66-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 14 min 417-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 972-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 37-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti