Azərbaycandan 85 ölkəyə məhsul ixrac olunub
Ticarət dövriyyəsinin 3095,9 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 1787,1 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1308,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 14,8 faiz, o cümlədən idxal 34,5 faiz, ixrac isə 1,0 faiz azalıb.
2020-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 5,2 faiz artıb, real ifadədə isə 3,4 faiz azalaraq 295,8 milyon dollar təşkil edib”.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 45,9 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,6 faizini Yunanıstana, 3,7 faizini Tunisə, 3,2 faizini Çexiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Rusiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,0 faizini Çinə, 1,8 faizini Portuqaliyaya, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Azvision.az
Teqlər: DSK