20 min şəxsə birdəfəlik ödəmə verilmədi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.
Müvafiq elektron informasiya sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyektiv qərar verilir.
Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir. Müraciətlərin emalı davam edir”, - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: ƏƏSMN