Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan 14500 ədəd partlayıcı oyuncaqlar götürülüb.
Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən AzVision.az xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nəsimi, Nərimanov, Səbail və Sumqayıt şəhərinin ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan 14500 ədəd partlayıcı oyuncaqlar götürülüb.