YAP koronavirusla mübarizəyə 200 min manat ayırdı

  20 Mart 2020    Oxunub : 1637
 YAP koronavirusla mübarizəyə 200 min manat ayırdı
Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.
YAP mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, YAP Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır.

Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.

Azvision.az

Teqlər: YAP   Koronavirus   Dəstək