Rusiya ilə yükdaşımalar 30 faizdən çox artıb
Azərbaycan və Rusiya arasında dəmir yolları ilə ötən il 6 milyon 240 min ton, 2018-ci ildə 4 milyon 744 min ton, 2017-ci ildə isə 4 milyon 774 min ton yük daşınıb. Beləliklə, keçən il iki ölkə arasında yük mübadiləsi 2018-ci illə müqayisədə 31,5 faiz, 2017-ci illə müqayisədə isə 30,7 faiz artıb.
C.Qurbanov ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında da məlumat verib.
M.Papuşenko isə “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin hər iki ölkənin tranzit potensialının artırılmasında mühüm rolunu qeyd edib. Vilayətin iqtisadi imkanlarından söhbət açan nazir beynəlxalq nəqliyyat marşrutları vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınmasında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Universiteti”nin (İdarəetmə, Biznes və Hüquq İnstitutu) rektoru, professor İmran Əkbərov humanitar sahədə əməkdaşlıq məsələlərindən danışıb.
Sonra tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Azvision.az
Teqlər: Rusiya