“Azərkosmos” 20 ölkəyə 1,8 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” 20 ölkəyə 1,8 milyon dollarlıq xidmət ixrac edib
  29 Fevral 2020    Oxunub:1885
2020-cu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Azvision.az -a verilən məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

Azvision.az



Teqlər: Azərkosmos  





Xəbər lenti