Bakıda daha 616 evə qaz verildi

Bakıda daha 616 evə qaz verildi
  29 Fevral 2020    Oxunub:1870
Fevralın 28-də Xəzər rayonu, Binə qəsəbəsi "Atçılıq" adlandırılan ərazidə Badam bağlarının ətrafında yerləşən yeni massivin qazlaşdırılması işləri başa çatdırılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata əsasən, yaşayış massivinin qazlaşdırılmasına ötən ilin iyul ayında başlanılıb və iki mərhələdə həyata keçirilib.

Birinci mərhələdə müxtəlif diametrli borularla 38 471 metr, ikinci mərhələdə isə 10 092 metr qaz kəməri çəkilib.

Qeyd edilib ki, ümumilikdə 616 fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli metal borularla 48 563 metr uzunluğunda qaz kəməri çəkilib. Hər bir mənzil qaz sayğacı və fərdi tənzimləyici ilə təmin edilib.

Azvision.az


Teqlər: Azəriqaz   Qaz  





Xəbər lenti