“Azexport.az” 141 ölkədən sifariş alıb

“Azexport.az” 141 ölkədən sifariş alıb
  28 Fevral 2020    Oxunub:1708
“Azexport.az” portalına yanvarda 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, yanvarda portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3 faiz), Səudiyyə Ərəbistanı (9 faiz), Türkiyə (8,1 faiz), Hindistan (7,2 faiz) və Fransa (7,2 faiz) qərarlaşıb.



Ötən ay portala ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və sair mallar üçün daxil olub. Qeyd edək ki, 2017-ci ilin yanvar ayından bu il yanvarın 31-dək portala 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 626,9 milyon dollar təşkil edib.

Azvision.az


Teqlər: İxrac  





Xəbər lenti