Bakı Limanında koronavirusla bağlı qaynar xətt yaradıldı

Bakı Limanında koronavirusla bağlı qaynar xətt yaradıldı
  28 Fevral 2020    Oxunub:1782
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin koronavirusun yayılması xəbərləri fonunda qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə qaynar xətti fəaliyyət başlayıb.
Bakı Limanından Azvision.az -a verilən məlumata görə, dünya üzrə koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanı ərazisində mövcud nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır.

Məlumata əsasən, liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.

"O cümlədən, qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə +994 55 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir", - məlumatda qeyd olunur.

Azvision.az



Teqlər: Bakı-limanı  





Xəbər lenti