“Konkret nəticə yoxdur”

“Konkret nəticə yoxdur”
  13 Mart 2013    Oxunub:1735
“ATƏT təşkilat olaraq ilk növbədə öz daxili problemlərini həll etməlidir”.
ATƏT öz fəaliyyətilə əlaqədar islahatlar aparmalı, yeni üsul və mexanizmlər kəşf etməlidir.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

B. Muradova hesab edir ki, ATƏT öz təşkilati problemləri aradan qaldırmadığı sürəcə, hər hansı başqa bir problemi həll edəcəyi inandırıcı görünmür.

“Bu səbəbdən, ATƏT-in bir təşkilat olaraq əvvəl öz daxili problemlərini həll etməlidir”-deyə o vurğulayıb.

Təşkilatın yeni dövrün tələblərinə uyğun gələn yeni mexanizmlər və formatlar inkişaf etdirməsinin zəruriliyini vurğulayan Muradovanın sözlərinə görə, ATƏT-in əsas fəaliyyət sahələrinin başında qarşıdurmaların ortaya çıxmasının qarşısının alınması, nəticələrinin aradan qaldırılması və sülh missiyası gəlir.

"Dağlıq Qarabağ probleminin həlli üçün ATƏT-in fəaliyyəti göz qabağındadır. Ziyarətlər reallaşdırılır, müşavirə yığıncaqları keçirilir. Lakin ortada konkret bir nəticə yoxdur. Görünən odur ki, nəticənin əldə edilməsi üçün yeni yanaşmalar lazımdır"-deyə Muradova vurğulayıb.

Mirvari



Teqlər:  





Xəbər lenti