AMB bütün problemlərlə məşğul olmamalıdır

AMB bütün problemlərlə məşğul olmamalıdır
  12 Dekabr 2013    Oxunub:1221
Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Dragi demişdir ki, AMB regionun bank sisteminin bərpası problemi ilə məşğul olmamalıdır.

Dragi belə hesab edir ki, “AMB bank sistemində kapitalın olmamasını kompensasiya edə bilməz”.

Onun fikrincə, AMB-nin səlahiyyətinə aid olmayan sahələrdəki problemləri həll etmək üçün Avrozona iqtisadiyyatının bərpası prosesinə digər iştirakçıların qoşulması vaxtı gəlib çatıb.

Dragi deyib: “AMB qiymət stabilliyini və sabit iqtisadi inkişaf üçün lazımi şəraiti təmin etmiş, maliyyə bazarlarının bölünməsinin qarşısını almaq üçün tədbirlər görüb”.

Onun sözlərinə görə, bu mərhələdə Avrozonanın prioritet vəzifələri bank ittifaqının yaradılması, əmək bazarında struktur islahatların stimullaşdırılması və büdcə konsolidasiyasına yönəldilmiş proqramların həyata keçirilməsidir.


Teqlər:





Xəbər lenti