Telefon oğrusu yaxalandı

Telefon oğrusu yaxalandı
  10 Dekabr 2013    Oxunub:1248
Soyğunçuluq edən şəxsin digər cinayət əməlləri müəyyən edilib.
AzVision.az xəbər verir ki,Nəsimi rayonunun A.Məhərrəmov küçəsində naməlum şəxs Xocalı rayon sakini Sadiq Allahverdiyevə qarşı zor tətbiq edərək mobil telefonunu alıb.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bərdə rayon sakini, əvvəllər məhkum olunan Vüqar Vəliyev saxlanılıb.

Aparılmış araşdırmalar nəticəsində onun Bakı sakini Sədail Babaşova da zor tətbiq edərək mobil telefonunu alması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktlarla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti