Nazirlər Kabineti büdcə layihəsini bəyəndi

 Nazirlər Kabineti büdcə layihəsini bəyəndi
  27 Sentyabr 2019    Oxunub:2564
Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” qərarı təsdiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Eyni zamanda, qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Büdcə  





Xəbər lenti