Azvision.az xəbər verir ki, ongünlük hazırlıq prosesində 13 idmançı iştirak edir. Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə təlim-məşqlərə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Asiman Qurbanlı (84 kq yuxarı), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska 68 kq) və Fəridə Əliyeva (68 kq yuxarı) qatılıblar.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərova şans verib.
Qeyd edək ki, təlim-məşqlər başa çatdıqdan sonra idmançılarımız oktyabrın 4-6-da Moskvada Karate 1 Premyer Liqa turnirində mübarizə aparacaqlar. Yarışlarda heyətə daha 7 idmançımız qatılacaq.
Azvision.az