Hakimlərimiz Avropa Çempionatına təyinat aldılar

Hakimlərimiz Avropa Çempionatına təyinat aldılar
  02 Sentyabr 2019    Oxunub:1496
FIFA referisi Rəhim Həsənov və FIFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıblar.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, hakimlərimiz sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaqlar.

Azvision.az



Teqlər: AFFA   Hakim   Təyinat  





Xəbər lenti