“Real Madrid” öz meydanında xal itirdi

“Real Madrid” öz meydanında xal itirdi
  25 Avqust 2019    Oxunub:1694
İspaniya La Liqasında ikinci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı “Real Madrid” öz meydanında “Real Vallyadolid” komandasını qəbul edib. Maraqlı epizodlarla yadda qalan görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Kərim Benzemanın 82-ci dəqiqədə vurduğu qola matçın sonuna yaxın Serci Quardiola cavab verib.

Azvision.az



Teqlər: Real-Madrid  





Xəbər lenti