Tailandda nümayişlər səngimir - VİDEO

Tailandda nümayişlər səngimir - VİDEO
  01 Dekabr 2013    Oxunub:1216
Tailandda müxalifətin etiraz aksiyasının iştirakçıları Banqkokda Hökumət evinə hücum ediblər. AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, binanın mühafizə batalyonu cözyaşardıcı qazdan istifadə edib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Yerli KİV xəbər verir ki, baş nazir Yinqlak Çinavat həmin vaxt binada olub. O, dərhal təhlükəsiz yerə aparılıb.

Şəhərin digər hissəsind əisə nümayişçilər öz elanlarını yaymaq üçün Thai PBS telekaalını ələ keçiriblər.

Şənbə günü nümayiş dağıdılarkən iki nəfərin ölməsindən sonra Banqkokda hökumət əleyhinə çıxışlar daha da güclənib.




Teqlər:





Xəbər lenti