Bağdad: “İraqda ABŞ ordusuna daha ehtiyac yoxdur”

   Bağdad:    “İraqda ABŞ ordusuna daha ehtiyac yoxdur”
  17 Sentyabr 2024    Oxunub:994
“İslam dövləti” (İŞİD) terror qruplaşmasının məğlub edilməsində mühüm uğurlar qazanıldığı üçün Amerika qoşunlarının İraqda qalmasına artıq tələbat yoxdur.
AzVision.az xəbər verir ki, İraqın baş naziri Mühəmməd əs-Sudani “Bloomberg TV”-yə müsahibəsində belə deyib.

“Koalisiyaya ehtiyac yoxdur. Biz müharibələrdən sabitliyə keçdik. İŞİD artıq real təhlükə deyil”, - İraqın baş naziri bildirib.

Əs-Sudani, həmçinin qoşunların çıxarılmasından sonra Bağdad və Vaşinqton arasında təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunun vurğulayıb. Baş nazir tezliklə Amerika hərbçilərinin ölkəni tərk etməsi üçün vaxt çərçivəsini açıqlamağı planlaşdırdığını deyib.

İraqın baş nazirinin sözlərinə görə, aprel ayında Vaşinqtonda keçirilən görüşdə o, artıq prezident Co Baydenlə ABŞ qoşunlarının çıxarılması məsələsini müzakirə edib. Bundan sonra ölkələrin liderləri qoşunların çıxarılması məsələsində qarşılıqlı anlaşmaya nail olublar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İraq   ABŞ   qoşunlar  





Xəbər lenti