İsrail "Hizbullah"a məxsus peycerləri partladıb: 3 min yaralı - FOTOLAR - YENİLƏNİB

      İsrail "Hizbullah"a məxsus peycerləri partladıb:    3 min yaralı       -    FOTOLAR - YENİLƏNİB
  18 Sentyabr 2024    Oxunub:1885
İsrailin xarici kəşfiyyat agentliyinin ("Mossad") Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatına aid 5000 peycerə yerləşdirdiyi partlayıcılar ötən axşam işə düşüb.
Livanın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Onlardan 2-si uşaqdır.

* * *

12:51
"Hizbullah" üçün böyük təhlükəsizlik pozuntusu kimi qiymətləndirilən hadisə nəticəsində 9 terrorçu ölüb, 3 minə yaxın insan xəsarət alıb. Xəsarət alanlar arasında İranın Livandakı səfəri Müctəba Əmani də var. O, xəsarət nəticəsində bir gözünü itirib.

Livanın təhlükəsizlik xidmətinə yaxın mənbələr bildirirlər ki, sözügedən peycerlərin istehsalçısı Tayvanda yerləşən "Gold Apollo" şirkətidir. Hərçənd şirkət hadisənin ardınca bəyanat yayaraq vurğulayıb ki, terrorçuların əllərindəki peycerlər onların birbaşa məhsulu deyil. Şirkətin iddiasına əsasən, rabitə cihazları bu brendin adından istifadə lisenziyasına malik "BAC" adlı başqa bir şirkətə məxsusdur. Bir sıra məlumatlı mənbənin "Reuters"ə verdiyi açıqlamaya görə, partlayıcılar peycerlərə bir neçə ay əvvəldən quraşdırılıb.

İsrail tərəfi partlayışlarla bağlı hələlik şərh verməyib. "Hizbullah" terrorçuları isə "qisas alacaqlarını" bildiriblər. Eləcə də qruplaşmanın rəhbəri Həsən Nəsrullahın sabah televiziyada çıxışı gözlənilir.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: İsrail   Hizbullah   münaqişə   partlayış  





Xəbər lenti