Peşəkar Çövkən Liqasının I dövrəsinin oyunları başa çatıb

Turun növbəti oyunları sentyabrın 18-də keçirilib. İlk qarşılaşma “Omar” komandasının “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Günün 2-ci qarşılaşmasında isə “Elit” “Şirvan” komandası üzərində 6-0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında ll dövrənin 1-ci turunun oyunları 24-25 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.
AzVision.az
Teqlər: