Aİ Vaşinqtonun köməyinə ehtiyac duymur

Aİ Vaşinqtonun köməyinə ehtiyac duymur
  19 Sentyabr 2024    Oxunub:2075
ABŞ-nin dəstəyindən asılı olmayaraq, Aİ bu ilin sonuna qədər Ukraynaya təxminən 44,48 milyard dollar dəyərində yeni kredit verməyə razılaşıb.
Üç avropalı məmura istinad edən “Financial Times” qəzetinin yaydığı məlumata görə, belə birtərəfli addım ABŞ-yə Rusiyanın dondurulmuş aktivləri ilə kreditin ödənilməsində iştirak üçün Brüsselin lazımi zəmanətləri verməsinə Budapeştin mane olacağı qorxusu fonunda atıla bilər. Orban hökuməti bununla bağlı qərarını ABŞ prezident seçkilərinə qədər təxirə salmağa çalışır, lakin Aİ yardımın 2024-cü ilin sonuna qədər Kiyevə çatmasını təmin etmək üçün indidən alternativ hazırlamalıdır.

“Oktyabrın sonuna qədər təklifi qəbul etməyə təcili ehtiyac var ki, birlik krediti gələcək ödənişlər üçün 2024-cü ilin sonuna qədər verilə bilsin”, - qəzet təklif olunan layihədən sitat gətirir.

Layihəyə görə, yeni kredit Ukraynaya yardımın uzadılması hesab olunacaq və bu, Macarıstanın vetosundan yan keçməyə imkan verən yekdil razılaşma yox, Aİ-yə üzv dövlətlərin əksəriyyətinin dəstəyini tələb edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna  





Xəbər lenti