Ukrayna probleminin həlli məsələsində mövqelər toqquşur

   Ukrayna probleminin həlli məsələsində mövqelər toqquşur
  18 Sentyabr 2024    Oxunub:1373
Rusiya-Ukrayna müharibəsinin üçüncü qışı ərəfəsində çətin vəziyyətdən çıxmaq imkanının olmaması üzündən Ukraynanın müttəfiqlərinin sıralarında parçalanma nəzərə çarpır. Bəziləri diplomatik nizamlanmaya nail olmaq yollarını axtarır, digərləri isə Ukraynaya hərbi dəstəyi gücləndirməkdə israr edirlər.
AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bununla belə, bütün ölkələr son qərarı Ukrayna hakimiyyətinin özünün verəcəyini yekdilliklə vurğulayırlar.

“Gələn ilin strategiyası üçün müzakirələr şərçivəsində bəzi ölkələr müharibəni bitirmək üçün danışıqlar yolu ilə necə görünə biləcəyi barədə variantları daha ciddi baxmağaşəkildə nəzərdən keçirirlər”, - vəziyyətdən məlumatlı olan mənbələrdən biri nəşrə danışıb.

Məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski təkcə açıq yox, həm də təkbətək söhbətlərində ərazilərin güzəştə gedilməsi ehtimalını istisna edir, Rusiya isə öz məqsədlərindən əl çəkməyə hazır olduğunu göstərmir.

Eyni zamanda, ABŞ-nin yüksək səviyyəli rəsmisi bildirib ki, ABŞ-nin yeni prezidentinin 2025-ci ilin yanvarında keçiriləcək andiçmə mərasimindən sonra baza ssenarisi kimi müharibənin davam etməsi variantı qalır. Lakin o, seçkilərdən sonra alternativ ssenarilərin də mümkünlüyünü istisna etməyib.

Bu arada ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild Ağ Ev administrasiyasının artıq Volodimir Zelenskinin Ukraynada müharibəyə son qoymaq üçün Vaşinqtona təqdim etdiyi planla tanış olduğunu və onu real saydığını açıqlayıb.

- Prezident Zelenskinin sülh planını gördük. Onun işləyə biləcək bir strategiya və plan hazırladığına inanırıq. Biz burada Nyu-Yorkda olacaq bütün dövlət başçıları ilə əlaqə saxlamaqla buna necə töhfə verə biləcəyimizi müəyyənləşdirməliyik. Buna görə də bir qədər irəliləyiş əldə edəcəyimizə ümidliyik. ABŞ həmişə sülhə gedən yol tapmağa ümid edir. Bu, Co Baydenin son illərdə həm Qəzza məsələsində, həm də Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə çalışdığı məqsəddir”, - səfirin bəyanatından “Amerikanın səsi” radiosu sitat gətirib.

Qeyd edək ki, Vaşinqtona təqdim etdiyi layihəni Ukrayna prezidenti Volodimir Zelenski sülh planı yox qələbə planı adlandırıb. Bu baxımdan, ABŞ-nin BMT-dəki səfirinin qəsdən və ya bilməyərəkdən yanlışlığa yol verdiyi diqqəti cəlb edir. İstisna deyil ki, həmin planın Rusiya Ukrayna ərazilərdindən çıxarılana qədər müharibənin davam etdirilməsini nəzərdə tutduğundan hali olan bəzi Qərb ölkələri müstəqil şəkildə hərəkət etmək istəyirlər.

Belə ki, Qərbdəki bəzi məmurlar diplomatik yollarla çıxılmaz vəziyyətdən qurtulmaq imkanlarını araşdırmağa başlayırlar. Xüsusən də bir sıra ölkələrdə Vladimir Putinin Qərbin uzaq mənzilli raketlərindən Rusiyaya zərbələr endirmək üçün istifadə ediləcəyi təqdirdə müharibənin daha da şiddətlənəcəyi ilə bağlı hədələri çox ciddi qəbul olunur. Yaxın gələcəkdə danışıqlara qarşı çıxan digər bir qrup ölkə isə həm belə zərbələr üçün icazənin verilməsində, həm də Ukraynaya daha geniş miqyaslı silah tədarükündə israrlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Qərb   ixtilaf  





Xəbər lenti