EMTA və MEDİA-nın əməkdaşlığı ilə media nümayəndələri üçün seminar keçirilib
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, MEDİA sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədilə müxtəlif qurumlarla əməkdaşlıqda bir sıra təlimlər, seminarlar və digər formatda tədbirlər təşkil edir. O, EMTA-nın bu istiqamətdə MEDİA ilə əməkdaşlığını və sözügedən seminarın təşkilini ümumilikdə energetika sahəsi üzrə ixtisaslaşan jurnalistlərin peşəkar fəaliyyətinə müsbət təsir göstərəcək addım kimi qiymətləndirib.
Seminarda EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyev və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov “Azərbaycan Respublikasının elektroenergetika sektoruna baxış və “yaşıl enerji”yə keçid”, EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev isə “Tikinti obyektlərinin elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması” mövzusunda təqdimatlarla çıxış ediblər.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb.
AzVision.az
Teqlər: Seminar