Bolqarıstan kəşfiyyatı: "Peycerlərlə əlaqəli şirkət araşdırılır"

      Bolqarıstan kəşfiyyatı:    "Peycerlərlə əlaqəli şirkət araşdırılır"
  19 Sentyabr 2024    Oxunub:935
"Bolqarıstanda qeydiyyatdan keçmiş bir şirkətin "Hizbullah" qruplaşmasına məxsus peycerlərin partlaması ilə bağlı rolunu araşdırırıq".
Bu ifadələr Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin (DANS) bəyanatında vurğulanır. Bildirilir ki, ölkənin Milli Gəlirlər Agentliyi və Daxili İşlər Nazirliyi ilə birgə həmin şirkətdə yoxlamalar aparılır.

Agentlik həmçinin diqqətə çatdırır ki, sözügedən cihazlar üzrə Bolqarıstan vasitəsilə heç bir gömrük əməliyyatı aparılmayıb
Livandakı partlayışda İran səfiri də yaralanıb

Xatırladaq ki, ötən gün Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycerlərə yerləşdirilmiş partlayıcılar işə düşüb. Nəticədə 30-dan artıq insan həyatını itirib, 4 minə yaxın insan xəsarət alıb. "Hizbullah" bu hadisədə İsraili günahlandırsa da, qarşı tərəfdən hələlik açıqlama verilməyib. Hadisə zamanı yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. O, bir gözünü itirib, digər gözü isə ciddi zədə alıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Bolqarıtan   Livan   partlayış   cihaz  





Xəbər lenti