Rusiya Ermənistanda 40 milyon dollarlıq proqramları reallaşdırır

Rusiya Ermənistanda 40 milyon dollarlıq proqramları reallaşdırır
  17 Sentyabr 2024    Oxunub:1235
Rusiya Ermənistanda ümumi büdcəsi təxminən 40 milyon dollar olan bir sıra BMT proqramlarını maliyyələşdirir.
Bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd olunub ki, Rusiya ilə Ermənistan arasında əməkdaşlığın çoxsaylı formatlarından biri BMT vasitəsilə birgə fəaliyyətin reallaşdırılmasıdır: "Rusiya Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ayrı-ayrı sosial qrupların, həm də ölkə iqtisadiyyatının müxtəlif sahələrinin dəstəklənməsinə yönəlmiş BMT proqramlarını həyata keçirilir".

Rusiya Ermənistanın Vayots Dzor bölgəsinə maraq göstərir
Moskvanın maliyyələşdirdiyi tədbirlər arasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) vasitəsilə reallaşdırılan və ümumi dəyəri 9,7 milyon dollar olan layihələr də var.

Xatırladaq ki, 2020-ci ilin mart ayında “Ermənistanın Geqarkunik və Vayots Dzor vilayətlərinin sərhədyanı ərazilərində inklüziv iqtisadi inkişafın təşviqi” layihəsinə start verilmişdi. Layihənin büdcəsi 2,8 milyon dollar idi. 2021-ci ilin martında isə “Ermənistanın kənd rayonlarının sosial-iqtisadi bərpası və dayanıqlığının gücləndirilməsi” proqramına başlanıb (proqramın büdcəsi 1,7 milyon dollar). Həmin ilin iyulunda “Ermənistanda münaqişədən sonra erkən bərpa” proqramına start verilib (layihənin büdcəsi 3,2 milyon dollar).
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   BMT  





Xəbər lenti