Kiyevdəki ilk görüşlərində Rut tibb bacısına ekssentrik şəxs təsiri bağışlasa da, təhlükəli görünməyib. Lakin növbəti “çoxsaylı görüşlərdə” tibb bacısının fikri dəyişib. Qadının sözlərinə görə, Vladimir Putini və Kim Çen Inı öldürmək istəyindən danışan Rut, həmçinin Tramp və ABŞ prezidenti Co Baydenin adını çəkib. Amma xanım Çelsi Uolş onun son iki siyasətçini təhdid edib-etmədiyini xatırlamadığını bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Sara Adamsın sözlərinə görə, Ukraynadakı könüllülər arasında Rut “fırıldaqçı və bir növ psix kimi tanınırdı”.
“Rut muzdluların cəlb olunması üçün Ukrayna hökuməti ilə əməkdaşlıq etdiyini desə də, əslində bu, belə deyil”, - Sara Adams bildirib.
“Reuters” agentliyi yazır ki, Rayan Uesli Rut qolf meydançasında, təxminən 12 saat Donald Trampı gözləyib. Halbuki, siyasətçinin ora gələcəyi barədə açıqlama verilməyib və şübhəlinin onun planlarından xəbəri olub-olmadığı məlum deyil.
Trampı öldürmək istəyən Rut kimdir?- VİDEO |
Sahil İsgəndərov
AzVision.az