Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub
Suqovuşan qəsəbəsində rəssamlara bu yerlərin füsunkar təbiəti ilə yerində tanış olmaq, əsrarəngiz mənzərələri əyani şəkildə görmək imkanı yaradılıb. Onlar Talış kəndində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olub, burada yaradılan yeni iş yerlərinə və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.
İnfotur zamanı iştirakçılar ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, foto-video çəkilişlər aparıblar. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.
AzVision.az
Teqlər: