Qrip əleyhinə vaksinasiyaya başlanılıb
Qeyd olunub ki, sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.
Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələri
Rayon
Tabeli tibb müəssisəsi
Səbail
1 nömrəli şəhər poliklinikası
2 nömrəli şəhər poliklinikası
15 nömrəli uşaq poliklinikası
33 nömrəli şəhər poliklinikası
34 nömrəli şəhər poliklinikası
Yasamal
3 nömrəli şəhər poliklinikası
5 nömrəli uşaq poliklinikası
16 nömrəli şəhər poliklinikası
19 nömrəli şəhər poliklinikası
39 nömrəli şəhər poliklinikası
Nəsimi
1 nömrəli uşaq poliklinikası
3 nömrəli uşaq poliklinikası
5 nömrəli şəhər poliklinikası
20 nömrəli şəhər poliklinikası
12 nömrəli uşaq poliklinikası
Binəqədi
10 nömrəli şəhər poliklinikası
20 nömrəli uşaq poliklinikası
27 nömrəli şəhər poliklinikası
35 nömrəli şəhər poliklinikası
Xocasən Sağlamlıq Mərkəzi
Nizami
17 nömrəli uşaq poliklinikası
19 nömrəli uşaq poliklinikası
26 nömrəli şəhər poliklinikası
44 nömrəli şəhər poliklinikası (18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
46 nömrəli şəhər poliklinikası (32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
Nərimanov
4 nömrəli şəhər poliklinikası
7 nömrəli uşaq poliklinikası
8 nömrəli şəhər poliklinikası
14 nömrəli uşaq poliklinikası
18 nömrəli şəhər poliklinikası
37 nömrəli şəhər poliklinikası
Xətai
6 nömrəli şəhər poliklinikası
7 nömrəli şəhər poliklinikası
8 nömrəli uşaq poliklinikası
14 nömrəli şəhər poliklinikası (22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
28 nömrəli şəhər poliklinikası
38 nömrəli şəhər poliklinikası
Zığ Sağlamlıq Mərkəzi
Suraxanı
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
16 nömrəli uşaq poliklinikası
23 nömrəli şəhər poliklinikası
24 nömrəli şəhər poliklinikası
42 nömrəli şəhər poliklinikası (13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
43 nömrəli şəhər poliklinikası (15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
Sabunçu
2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
12 nömrəli şəhər poliklinikası
21 nömrəli şəhər poliklinikası
22 nömrəli şəhər poliklinikası
36 nömrəli şəhər poliklinikası
Nardaran Sağlamlıq Mərkəzi (8 nömrəli Şəhər Xəstəxanası)
Bilgəh Sağlamlıq Mərkəzi (28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
Kürdəxanı Sağlamlıq Mərkəzi
Xəzər
1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
45 nömrəli şəhər poliklinikası (31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
Zirə Sağlamlıq Mərkəzi
Qaradağ
3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
13 nömrəli şəhər poliklinikası
32 nömrəli şəhər poliklinikası
41 nömrəli şəhər poliklinikası (9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası)
Pirallahı
Pirallahı Tibb Mərkəzi
AzVision.az
Teqlər: