Paşinyan “Qiyamət məhkəməsi” qurmağa hazırlaşır

   Paşinyan    “Qiyamət məhkəməsi”    qurmağa hazırlaşır
  17 Sentyabr 2024    Oxunub:1384
Ermənistanın hakimiyyət elitası baş nazir Nikol Paşinyanın aparacağı “təmizləmələr” perspektivi fonunda öz taleyindən qorxur.
AzVision.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin yaydığı məlumatda “Vətəndaş Müqaviləsi” hakim partiyasının görkəmli təmsilçilərinin xarici təhdidlərdən çox öz talelrindən narahat olduqlarını yazıb.

“Məsələ ondadır ki, Nikol Paşinyan bir müddət əvvəl komandasında yaxın aylarda “təmizlənmə” olacağına eyham vurmuşdu. Seçkiqabağı kadr dəyişikliklərinin olacağına, Paşinyanın korrupsiyaya qarşı güclü mübarizə kartını oynaya biləcəyinə və əvvəlki hakimiyyətin təmsilçilərindən əlavə, onun özününkülərə də əl gəzdirəcəyinə elita şübhə etmir. Nə müxalifətin mübarizəsi, nə də xarici hadisələr təkrar seçilməsini həyatının məqsədi kimi müəyyənləşdirmiş bir liderin həyata keçirəcəyi seçki şousuna bənzəyən bu “Son qiyaməti” qədər hakim elitanı qorxutmur”, - qəzet vurğulayır.

Nəşrin yazdığına görə, indi elitanın təmsilçiləri kimin “suyu bulandıran keçi” roluna təyin olunacağını səbirsizliklə gözləyirlər. Ən əsası isə, özünün bu burulğana düşməsini istəməyən hər kəs digərinin “ölümünə” sevinəcək.

Maraqlıdır ki, bu arada Ermənistanın “Johovurd” qəzeti Ermənistanda etiraz hərəkatının lideri keşiş Baqrat Qalstanyanın parlament müxalifətinin deputatları ilə sentyabrın 22-də keçiriləcək mitinqin təfərrüatlarını və baş nazir Nikol Paşinyanın istefaya göndərilməsini müzakirə etdiyi barədə məlumat yayıb.

Bir gün əvvəl parlamentin binasında müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın kabinetində baş tutan göürşün 2 saat davam etdiyi bildirilir.
Nəşrin yazdığına görə, parlamentdə ilk dəfə belə formatda keçirilən görüşün təşəbbüskarı kimi Baqrat Qalstanyan çıxış edib. Əsas müzakirə mövzusu sentyabrın 22-də keçiriləcək mitinq və ictimai təzyiq altında baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi məsələsi olub.

Bununla bağlı Qalstanyan öz gündəliyini təqdim edib, müxalifət isə həm parlamentdə, həm də küçə mübarizəsində keşişin baçılıq etdiyi hərəkatı dəstəkləməyə hazır olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   elita   Qalstanyan  





Xəbər lenti