Paşinyan: "Rusiya ilə əlaqələri kəsmək fikrimiz yoxdur"

      Paşinyan:    "Rusiya ilə əlaqələri kəsmək fikrimiz yoxdur"
  18 Sentyabr 2024    Oxunub:974
"İrəvan öz iqtisadi əlaqələrini genişləndirməyə çalışır, ancaq əlbəttə, ənənəvi tərəfdaşlarla münasibətləri kəsmək fikrində deyil".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan II Ümumdünya Erməni Sammitində söyləyib. O bildirib ki, ölkəsi Rusiya ilə, həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsini azaltmağı, yaxud dayandırmağı planlaşdırmır.

O, eyni zamanda, Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələyə də toxunub. Diqqətə çatdırıb ki, "İrəvan bu addım üçün ən kiçik fürsət görərsə, şübhəsiz ki, ondan faydalanacaq".

Yeri gəlmişkən, cari ilin ilk yarısında Ermənistan-Rusiya ticarət dövriyyəsi 8,4 milyard dolları ötüb. Ötən il bu göstərici 7,4 milyard dollar idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Avropa  





Xəbər lenti