"Neftçi"nin növbəti rəqibi məlum oldu

"Neftçi"nin növbəti rəqibi məlum oldu
  16 İyun 2019    Oxunub:1985
"Neftçi" klubunun Türkiyə toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.

Azvision.az


Teqlər: Neftçi   Türkiyə   Futbol  





Xəbər lenti