XİN Fransa şəhəri ilə Xocavənd arasında “saziş”in ləğvini alqışladı

 XİN Fransa şəhəri ilə Xocavənd arasında “saziş”in ləğvini alqışladı
  05 İyun 2019    Oxunub:2709
Xarici İşlər Nazirliyi Fransa Respublikasının Serji-Pontuaz (Cergy-Pontoise) inzibati məhkəməsinin bu ölkənin Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 22 oktyabr 2018-ci il tarixli qeyri-qanuni "saziş"in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.
Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır. Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

Yalnız münaqişənin həlli və iki ölkə arasında beynəlxalq tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında davamlı sülhün təmin olunması Ermənistanın müstəqil və dayanıqlı inkişafının təminatı ola bilər. Bütün səylər müstəqil və davamlı inkişafa, tərəqqiyə və rifaha yönəldilməlidir, əksinə deyil.

Azvision.az


Teqlər: XİN   Fransa   Xocavənd   Saziş   Məhkəmə  





Xəbər lenti