Bir ildə 1500 məhkuma elektron qolbaq tətbiq olunub

Bir ildə 1500 məhkuma elektron qolbaq tətbiq olunub
  05 İyun 2019    Oxunub:2151
Azərbaycanda bir il ərzində 1500 məhkuma elektron qolbaq tətbiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir bildirib ki, Prezidentin cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli fərmanına əsasən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

"Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub. Bir il ərzində 1500 məhkuma elektron qolbaq tətbiq edilib".

Azvision.az



Teqlər: Fikrət-Məmmədov   Ədliyyə-Nazirliyi  





Xəbər lenti