“Bəzi çimərliklərdə vəziyyət ürəkaçan deyil” - İdarə rəisi
"Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi indi daha aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil. Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar".
Aytən Zəhra
Azvision.az
Teqlər: ETSN Çimərlik İdarə Rəis Monitorinq