Vahid Əhmədov Prezidentə məktub yazıb

  Vahid Əhmədov Prezidentə məktub yazıb
  04 İyun 2019    Oxunub:3361
Azərbaycanda azı 2 neftmaşınqayırma müəssisəsi yaratmaq lazımdır. Bununla bağlı dövlət başçısına məktub yazmışam.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Azərbaycan sovet vaxtı 30 ölkəyə məhsul və avadanlıq ixrac edib.

“20 zavodumuz və 3 elmi tədqiqat institumuz var idi. İndi kifayət qədər vəsaitimiz var. 2 zavod yaratmaq olar ki, idxal olunan məhsulların səviyyəsində müəyyən qədər azalma olsun. Böyük sənaye müəssisələrinin yaradılmasına ehtiyac var. Orada 8-10 min insan işləyər”.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti